EN

Azərbaycan XİN: Mina qurbanlarının sayı 337-yə çatıb

Bu gün 1960-cı il təvəllüdlü Azərbaycan vətəndaşı mina partlayışı nəticəsində xəsarət alıb. Bununla da mina qurbanlarının sayı 337-yə çatıb.

 

Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

 

Bildirilib ki, bu faciə Ermənistanın yaratdığı mina təhlükəsinin dəhşətlərini bir daha sübut edir.

Tarix: 6 Noyabr 2023, 00:34   
Chosen
542
34
pravda.az

10Sources