EN

Azərbaycan - Slovakiya görüşünün keçiriləcəyi stadion bəlli oldu

Azərbaycan millisinin daha bir oyununun yeri müəyyənləşib.
 
Moderator.az xəbər verir ki, bunu AFFA-nın mətbuat xidməti açıqlayıb.
 
Komandamızın Millətlər Liqasının qrup mərhələsində Slovakiya yığması ilə keçirəcəyi ev matçının stadionu dəqiqləşib. C Liqasının 1-ci qrupu çərçivəsində oktyabrın 14-də təşkil olunacaq IV turun görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
 
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.
 
Chosen
126
11
moderator.az

10Sources