ABŞ-ın Nyu-York ştatının Roçester şəhərində kütləvi atışma baş verib.
Hadisə nəticəsində 2 qadın ölüb, 5 nəfər yaralanıb.
İnsident yüzlərlə insanın tədbir üçün toplaşdığı Meyplvud Parkında baş verib. Atəşin neçə nəfər tərəfindən açıldığı aydınlaşdırılır.
Hadisəyə görə hələlik heç kəs cinayət məsuliyyətinə cəlb olunmayıb.