EN

“Sumqayıt” Macarıstan səfərində - YENİLƏNİR

Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi “Sumqayıt” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, təmsilçimiz Sekeşfexervarda Macarıstanın “Fehervar” klubunun qonağı olacaq.

“MOL Arena Şoşto”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İsveçdən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “İdman TV” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında Sumqayıtda keçirilən ilk matçda “Fehervar” 2:1 hesablı qələbə qazanıb.

Konfrans Liqası
II təsnifat mərhələsi, cavab oyunu
31 iyul

21:00. “Fehervar” – “Sumqayıt”
Hakimlər: Kristoffer Karlsson, Mikael Hallin, Markus Lundqren Klitte, Oscar Yonson (hamısı İsveç)
Sekeşfexervar, “MOL Arena Şoşto”

Chosen
121
2
sia.az

4Sources