EN

İtaliyada daşqın nəticəsində ölənlərin sayı 7 nəfərə çatdı

İtaliyanın Toskana bölgəsində leysan yağışların səbəb olduğu seldə ölənlərin sayı 7-ə yüksəlib.

525.az İtaliyanın ANSA agentliyinin xəbərinə əsasən bildirir ki, noyabrın 2-də Toskana bölgəsində yağan leysan yağışlar nəticəsində meydana gələn sel fəlakətində itkin düşmüş bir adamın cansız cəsədinin tapılması ilə ölənlərin sayı 7-ə yüksəlib. Ərazidə itkin düşən şəxslər hələ də axtarılır.

Toskana Regional Rəhbərliyi Başçısı Eugenio Giani etdiyi şərhdə, daşqından ən çox təsirlənən və bəzi itkilərin yaşandığı Montemurloda 1200 nəfərin təxliyəsi üçün işlərin davam etdiyi məlumatını paylaşıb.

Giani 4640 ev təsərrüfatının hələ də işıqsız qaldığını bildirib.

Giani həmçinin qeyd edib ki, ilkin hesablamalara görə, onların bölgələrində daşqın fəlakəti nəticəsində təxminən 300 milyon avro ziyan dəyib.

Bu arada İtaliyanın Mülki Müdafiə Baş İdarəsi yağışlı hava şəraitinin bu gün və sabah da davam edə biləcəyini bildirib və yenidən daşqınların baş verə biləcəyi barədə xəbərdarlıq edib.

Malik Atilay























Bizi Facebookda izləyin

Chosen
171
3
525.az

5Sources