EN

Konfrans Liqası: “Sumqayıt” mübarizəni dayandırıb

Konfrans Liqası: “Sumqayıt” mübarizəni dayandırıb

“Sumqayıt” UEFA Konfrans Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, Samir Abasovun komandası Macarıstanın “Fehervar” kollektivinin qonağı olub. “Mol Arena”da keçirilən görüş qolsuz heç-heçə ilə başa çatıb.

“Fehervar” ilk görüşdə 2:1 hesabı ilə qalib gəldiyi üçün növbəti mərhələyə vəsiqə qazanıb.

Mənbə: AZƏRTAC

Chosen
71
7
ilk.az

8Sources