EN

Qazaxıstan və Aİ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib

Qazaxıstan

Astana, 2 avqust, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Avropa İttifaqının (Aİ) xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell arasında görüş keçirilib.

AZƏRTAC Qazaxıstan mediasına istinadla xəbər verir ki, görüş zamanı Qazaxıstan və Aİ arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.

Beynəlxalq gündəlikdəki aktual məsələlər, o cümlədən Mərkəzi Asiya ölkələri arasında regional qarşılıqlı fəaliyyət ətrafında fikir mübadiləsi aparılıb.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Chosen
36
4
azertag.az

5Sources