EN

Müharibə təhlükəsi böyüyür: Bu aviaşirkətlər İsrailə uçuşları dayandırdı  

Macarıstanın “Wizz Air” aviaşirkəti avqustun 4-dək İsrail və İordaniyaya uçuşları dayandırıb. 

Yenisabah.az xəbər verir ki, şirkət bu qərarını Yaxın Şərqdəki gərginliklə izah edib. 

“Regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq avqustun 4-dək İsrail və İordaniyaya bütün uçuşlar dayandırılır” – deyə məlumatda bildirilib. 

Bundan başqa, “ITA Airways” və “Air India” aviaşirkətləri də İsrailə uçuşları dayandırıb. 


Telegram kanalımız
Chosen
42
18
yenisabah.az

10Sources