EN

Bəzi aviaşirkətlər İsrailə uçuşları dayandırıb

Macarıstanın “Wizz Air” aviaşirkəti avqustun 4-dək İsrail və İordaniyaya uçuşları dayandırıb.

Yenicag.az xəbər verir ki, şirkət bu qərarını Yaxın Şərqdəki gərginliklə izah edib.

“Regionda vəziyyətin gərginləşməsi ilə əlaqədar olaraq avqustun 4-dək İsrail və İordaniyaya bütün uçuşlar dayandırılır” – deyə məlumatda bildirilib.

Bundan başqa, “ITA Airways” və “Air India” aviaşirkətləri də İsrailə uçuşları dayandırıb.

Chosen
66
18
yenicag.az

10Sources