EN

Əmanətlərin Sığortalanması Fondu “Muğanbank”ın ləğvedicisi təyin edildi

Bakı. Trend:

Əmanətlərin Sığortalanması Fondu “Muğanbank”ın ləğvedicisi təyinedilib.

Əmanətlərin Sığortalanması Fondundan Trend-ə verilən məlumata görə,Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklarüçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmukapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, carifəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə,habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvatolmadığına görə “Banklar haqqında” Azərbaycan RespublikasıQanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və61.1-ci maddələrinə əsasən “Muğanbank” ASC-nin lisenziyası 19oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilmiş, bankamüvəqqəti inzibatçı təyin edilmiş və bankın müflisləşmə yolu ilələğv edilməsi barədə məhkəməyə müraciət olub.

Qeyd edilib ki, Bakı Apellyasiya Məhkəməsinin 24 oktyabr 2023-cüil tarixli 2-3(103)-54/2023 saylı qərarı ilə “Muğanbank” ASC müfliselan edilmiş və iflas proseduruna başlanılıb: “Bildiririk ki, BakıApellyasiya Məhkəməsinin sözügedən qərarına əsasən, ƏmanətlərinSığortalanması Fondu “Muğanbank” ASC-nin ləğvedicisi təyinedilib”.

Chosen
518
30
az.trend.az

10Sources