EN

"Mənim oğlum qəhrəmandır" layihəsinin "Zəfər Günü" tədbiri keçirildi

“Fireland group” yenidən “Azman holding”in dəstəyi ilə Zəfərimizin 3-cü ildönümündə “Zugulba Saray”-da ən genişmiqyaslı tədbirini keçirib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin də dəstək verdiyi bu səfərki tədbirə Azərbaycanın bütün bölgələrindən, o cümlədən Naxçıvandan bu günə kimi iştirak etməyən şəhid anaları dəvət olunmuşdu. Tədbirə dəvət edilmiş 700-ə yaxın şəhid anası hər masada bir bölgəni təmsil edirdi. Onlarla bərabər müxtəlif nazirliklərin rəsmiləri, rayon icra başçıları, ictimai şəxslər, mədəniyyət və incəsənət nümyəndələri, tanınmış sənətçilər tədbirə dəvət olunaraq, Zəfər Gününün birlik hesabına qazanıldığı, günün səbəbkarlarının Azərbaycan Ordusu, şəhidlərimiz və Ali Baş Komandan İlham Əliyev olduğu vurğulandı. Kamilə Babayeva və Xəzər Süleymanlı idarə etdiyi tədbirdə Azərbaycan Respublikasının Ədliyyə nazirinin müavini Mirsaleh Seyidov,Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Suraxanı Rayon İcra Hakimiyyətinin icra başçısı Əzizi Əzizov, millət vəkilləri Ziyad Səmədzadə, Arzu Nağıyev, İlham Məmmədov, layihənin dəstəkçilərindən Şəhrəbanu Əsədova iştirak etdilər. Tədbirin simvolu olan “Mənim oğlum qəhrəmandır” posterinin müəllifi rəssam Əfsana Həbib qonaqlar arasındaydı.

Tədbirin bədii hissəsində xalq şairi Ramiz Rövşən, xalq artistləri Alim Qasımov, Nəzakət Teymurova, Azər Zeynalov, İlqar Muradov, Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Təranə Muradova, əməkdar artistlər Xumar Qədimova, Gülüstan Əliyeva, Elnarə Abdullayeva, sevilən ifaçılar Zamiq Hüseynov, Mirələm Mirələmov, “Şeron qrupu”, Elçin Cəfərov “Zəfər Günü” üçün hazırlanan repertuarlarını şəhidlərin ruhuna və qələbəmizin ildönümünə ithaf etdilər.

Tədbirdə həmçinin çəkilişləri Xızı rayonu ərazisində aparılan, qəhrəman şəhidlərimizin ruhunun sözə çevrildiyi və tanınmış aktyor Kamran Ağabalayevin səsləndirdiyi “Cənnətdən gələn məktub” adlı videoçarx təqdim olundu. Videoçarxda şəhidləri canlandıran Vətən müharibəsində hər iki ayağını itirmiş, qazi zabit Polad Rzayevin çıxışı alqışlara səbəb oldu. Tədbirdə iştirak edən 700-yə yaxın şəhid anasının adından danışan Birinci Qarabağ müharibəsinin 19 yaşlı şəhidi Cavanşir Rəhimovun anası Lalə Rəhimova övladının qisasını alan Vətən müharibəsinin şəhid analarına təşəkkürünü bildirdi. Daha sonra onun 31 illik yarasına təsəlli olan Qarabağ zəfərinə görə kövrək sözlərlə şəhid general Polad Həşimovun anası Səmayə Həşimovanı bağrına basdı. Generalın anası Səmayə Həşimova öz növbəsində Xankəndinə sancılan bayrağa, həmçinin hərbi cinayətlərə səbəbindən həbs olunaraq Bakıya gətirilən erməni yüksək vəzifəli və rütbəli separatistlərin diz çökdürülməsinə görə Ali Baş Komandan, cənab Prezident İlham Əliyevə təşəkkürünü bildirdi.
Sonda millət vəkili Diler Construction- un rəhbəri Orxan Quluzadə layihənin kordinatorları olan 20 şəhid xanımına hədiyyələr təqdim etdi.

Tədbirin təşkilatçısı, AYB-nin üzvü Cəlal Qurbanov Zəfər Günü haqda fikirlərini bölüşüb:

Chosen
169
9
publika.az

10Sources