EN

Orxan Hüseynzadə Çempionlar Liqasına təyinat aldı

UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Prosport.Az xəbər verir ki, o, Çexiyada yerli "Slaviya" və Belçikanın "Yunion" komandaları arasında keçiriləcək Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.

Qeyd edək ki, avqustun 7-də Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək oyunu almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.

Orxan Hüseynzadə 2017-2018-ci illərdə "Neftçi"nin prezidenti olub.

Chosen
155
10
prosport.az

10Sources