EN

Sumqayıtda 8 yaşlı qız yanaraq ÖLDÜ

Sumqayıtda 8 yaşlı qız faciəli şəkildə ölüb.

Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2016-cı il təvəllüdlü Sevil Allahverdiyeva yaşadığı evin həyətində oynayarkən ipi yandırıb. Nəticədə yanan ipdən uşağa od düşüb. Valideynləri tərəfindən söndürülərək təcili xəstəxanaya çatdırılan azyaşlı aldığı yanıq xəsarətlərindən orada ölüb.

Faktla bağlı araşdırma aparılır.

(lent.az)

Chosen
69
13
avtosfer.az

10Sources