EN

Serbiyalı qapıçı Ərəbistanda

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad" Serbiya millisinin qapıçısı Predraq Raykoviçi heyətinə qatıb.

Sportnet.az  klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 28 yaşlı əlcək sahibi yeni komandası ilə 4 illik müqavilə bağlayıb.

Onun transferi yeni kollektivinə 11 milyon avroya başa gəlib. P.Raykoviç son olaraq İspaniyanın "Malyorka" klubunda çıxış edib.

Qeyd edək ki, "Əl-İttihad"da Kərim Benzema, Nqolo Kante və Fabinyo kimi futbolçular forma geyinir.


Chosen
44
sportnet.az

1Sources