EN

"Qarabağ" boşluqlar yaratdı - Dermenciyev

Hər şey Bolqarıstanda həll olunacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludoqorets” komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində səfərdə “Qarabağ”ı (2:1) məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

O, hər iki topun “Qarabağ”ın boşluq yaratdığı zonalardan vurulduğunu bildirib: 

“Rəqib hücumda daha çox olurdu. Buna görə də boşluqlar yaratdılar. Futbolçularım da bundan yaxşı istifadə etməyi bacardılar”.

Mütəxəssis cavab matçında iki futbolçularının olmamasının komandaya mənfi təsir edəcəyini söyləyib: 

“Təəssüf ki, iki oyunçumuzu itirdik. Amma biz ruhdan düşmürük. Onları əvəzləyəcək futbolçular var”.

Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması avqustun 13-də Bolqarıstanda olacaq.

Chosen
77
4
bakivaxti.az

10Sources