ABŞ-nin Nyu-York şəhərində BMT-nin mənzil-qərargahının qarşısında mobil bilbordda Azərbaycanın Zəfər Gününə həsr olunmuş lövhələr nümayiş etdirilib.Bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi sosial şəbəkədə paylaşım edib.LED lövhələrdə ingilis dilində “8 Noyabr – Azərbaycanın Zəfər Günü” sözləri həkk olunub.Eyni zamanda İkinci Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan əsgərlərinin xatirəsinin rəmzi olan xarıbülbül göstərilib.