Rusiya Prezidenti Vladimir Putin uşaqlarla birgə foto çəkdirmək üçün diz çöküb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Rusiya Prezidenti noyabrın 8-də Dmitri Roqaçev adına Milli Tibbi Tədqiqat Hematologiya, Onkologiya və İmmunologiya Mərkəzinə gəlib.
Putin foto çəkdirmək üçün qızların oturduqları çarpayıların arasında diz çöküb.
Xəstəxana otağından çəkilən görüntülər internetdə yayımlanıb.
Qeyd edək ki, Mərkəz Putinin 2005-ci ildə ziyarətinə gəldiyi xəstə oğlan Dima Roqaçevin adını daşıyır.
[media=https://www.youtube.com/shorts/itLnMKksnqo]