EN

“Sumqayıt” yığmanın futbolçusunu qaytardı

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb. Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda son mövsümü Türkiyənin “Manisa” klubunda keçirmiş Sərtan Taşkınla anlaşıb. Milli üzvü ilə 1+1 illik müqavilə imzalanıb. 26 yaşlı futbolçu “Sumqayıt”ın heyətində 2 nömrəli formada çıxış edəcək. Qeyd edək ki, 2019-20 mövsümündə də “Sumqayıt”da çıxış etmiş Sərtan Taşkın ümumilikdə 20 oyunda meydana çıxıb, 1 qol vurub.

Chosen
127
7
matc.az

10Sources