EN

Yəməndəki husilər ABŞ-ın PUA-nı vurdu

Yəməndəki husilər ABŞ-ın pilotsuz uçuş aparatını (PUA) vurduqlarını açıqlayıb.Gununsesi.info bildirir ki, husilərin yaydığı yazılı açıqlamada, Yəmənin hava məkanında “müşahidə və casusluq” fəaliyyəti həyata keçirdiyi təsbit edilən ABŞ-a məxsus MQ9 tipli pilotsuz uçuş aparatının vurulduğu qeyd edilib.“ABŞ-ın bu hərəkətləri Fələstin xalqına dəstək məqsədilə İsrail varlığına qarşı hərbi əməliyyatların davam etdirilməsinə mane ola bilməz”, – deyə bildirilir.Məsələ ilə bağlı ABŞ-dan heç bir açıqlama verilməyib.Gununsesi.info

Chosen
52
gununsesi.info

1Sources