Bakı. Trend:
Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılmış şanlıbayramımız - Zəfər Günü Abşeron rayonunda böyük iftixar və qürurhissi ilə qeyd olunub. Qələbənin üçüncü ildönümündə Abşeron Rayonİcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonunhüquq-mühafizə orqanlarının, idarə və təşkilat rəhbərləri, şəhidailələri, vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətiiştirak edib. Vətənimizə və dövlətimizə əmanət qalan şəhidövladları ilə birlikdə ilk olaraq Ulu Öndər Heydər ƏliyevinXırdalan şəhərində ucaldılmış abidəsi ziyarət edilib, gül dəstələriqoyularaq xatirəsi ehtiramla yad edilib.
Sonra şəhid ailələri, şəhid övladları və qazilərlə birlikdərayon ictimaiyyəti tərəfindən Şəhidlər Xatirə Kompleksi, II FəxriXiyaban, o cümlədən Xırdalan şəhəri də daxil olmaqla rayonun bütünkənd və qəsəbələrindəki Şəhidlər Xiyabanları və şəhidlərimizin dəfnolunduğu müqəddəs məkanlar ziyarət olunub, məzarları üzərinə güldəstələri qoyularaq şəhidlərimizin xatirələri ehtiramla yadolunub.
Zəfər Günü ilə əlaqədar Xırdalan şəhərində Ulu Öndərin adınıdaşıyan Parkda respublikamızın tanınmış incəsənət xadimlərininiştirakı ilə təntənəli konsert proqramı təşkil olunub və Zəfər Günümünasibətilə atəşfəşanlıq olub.