ABŞ və digər ölkələrin İsrailin HƏMAS-a qarşı əməliyyatlarında üç günlük fasilə təklifi Fələstin qruplaşmasının xeyrinə olacaq.
Ednews xəbər verir ki, bunu İsrailin sabiq baş naziri Naftali Bennet deyib.
“Atəşkəs üçün İsrailə təzyiq etmək əvəzinə, Qəzzanı tərksilah etmək və girovları azad etmək üçün HƏMAS-a təzyiq göstərilməlidir”, - Bennet bildirib.
O əlavə edib ki, HƏMAS hərbi əməliyyatlarda üç günlük fasilə olacağı təqdirdə yalnız bir neçə girovu təhvil verməklə İsraili manipulyasiya etməyə çalışır.
Sabiq baş nazir vurğulayıb ki, İsrail öz ərazisinə təkrar hücumların qarşısını almaq üçün Fələstin fraksiyasını məğlub etməlidir:
“Təsəvvür edin, bu, nasist rejimidir, 1945-ci ilin yanvarıdır. Biz müharibədə qalib gəlməliyik”.