EN

Diabetdən necə qorunmağın yollarını tapıblar

Genetik riski yüksək olan insanlarda belə, 2-ci tip diabetin qarşısını pəhriz və idmanla almaq olar.

32gun.az bildirir ki, bu, ilk dəfə The Journal of Clinical Endocrinology & Metabolism (JCEM) jurnalında dərc edilən bir araşdırma ilə göstərilib

2-ci tip diabet riski piylənmə, az lifli pəhriz, doymuş yağların həddindən artıq istehlakı və oturaq həyat tərzi ilə artır. Əvvəlki araşdırmalar göstərib ki, 2-ci tip diabetin qarşısını sağlam həyat tərzi ilə almaq olar. Yeni iş ilk dəfə bunun yüksək genetik riskdə belə doğru olduğunu nümayiş etdirir.

Araşdırmada Şərqi Finlandiyadan olan 50-75 yaş arası min kişi iştirak edib. Onların genetik diabet riski 76 genetik variant əsasında qiymətləndirilib. Bəzi kişilər pəhrizlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırdılar. Onlar tərəvəzlərdən, meyvələrdən və giləmeyvələrdən daha çox lif, eləcə də daha çox sağlam yağlar yeməyə başladılar. İştirakçılar tədqiqatın əvvəlində fiziki cəhətdən aktiv idilər və təcrübənin sonuna qədər aktivlik səviyyəsini qoruya bildilər.

2-ci tip diabetin yayılması, yüksək genetik risk altında olanlar da daxil olmaqla, həyat tərzini dəyişdirən insanlarda əhəmiyyətli dərəcədə aşağı olub.

Dünyada hər 11 nəfərdən biri şəkərli diabetdən əziyyət çəkir, halların 90%-ni ikinci növ xəstəlik təşkil edir. 1-ci tip diabetdə insanın qlükoza (şəkər) mübadiləsində mərkəzi rol oynayan hormon insulinin istehsalı azalır. İkinci növdə, orqanizm kifayət qədər hormon istehsal etsə də, insanın insulinə həssaslığı azalır. Hər iki xəstəlik növü irsi və xarici amillərin təsiri altında inkişaf edir, lakin 1-ci tip diabet daha çox genlərdən, 2-ci tip diabet isə həyat tərzindən daha çox asılıdır.

Nilay 

Chosen
169
50
32gun.az

10Sources