Qərb ölkələri Ermənistanın \"qılığına \"girir” və respublika ilə Rusiyaya qarşı dost olmaq istəyirlər.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov \"Rossiya-1” telekanalının efirində deyib.
\"İndi Ermənistanın fəal şəkildə qılığına girən Qərb ölkələri onunla Rusiya Federasiyasına qarşı dost olmaq istəyirlər\" - o vurğulayıb.
S.Lavrovun sözlərinə görə, Rusiya Federasiyasının Ermənistanın xarici tərəfdaşlarına qarşı qərəzi yoxdur, İrəvan öz kursunu müstəqil şəkildə müəyyənləşdirməlidir./report