EN

“Ərdoğanla Netanyahu anlaşdı” deyən jurnalist həbs edildi

Bir milyon fələstinlinin Türkiyə vətəndaşı olacağını iddia edən və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrail baş naziri Netanyahunun bu mövzuda razılığa gəldiyini yazan jurnalist Bircan Yıldırım həbs edilib.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, jurnalist Ərdoğanla İsrail baş naziri Netanyahu arasında “2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olacağı” ifadəsi ilə razılaşma əldə edildiyini iddia edib.

Bircan Yıldırım bu iddiaya görə saxlanılarkən, Türkiyənin Dezinformasiya ilə Mübarizə Kommunikasiya Mərkəzi sözügedən razılaşmanı təkzib edib.

Bununla bağlı Dezinformasiya ilə Mübarizə Mərkəzinin sosial media hesabından açıqlama yayılıb.

“Bəzi sosial media hesablarında paylaşılan “Netanyahudan açıqlama: 2 milyard dollar müqabilində 1 milyon fələstinlinin Türkiyə vətəndaşı olub Türkiyədə yaşaması üçün Ərdoğanla razılaşdıq” iddiası doğru deyil. Cənab Rəcəb Tayyib Ərdoğanın belə bir görüşü yoxdur və ya İsrailin baş naziri Netanyahu belə bir bəyanatla çıxış edir. “İddialar tamamilə uydurmadır”, – deyə bildirilib.

Prosedurlardan sonra həbs edilən Yıldırım polis bölməsində verdiyi ifadəsində sözügedən paylaşımı 1 saat sonra sildiyini, Dezinformasiya ilə Mübarizə Mərkəzinin sözügedən paylaşımların təkzibini öz hesabında da paylaşdığını, lakin sosial şəbəkədə linç edildiyi üçün saxlanıldığını bildirib.

“Sözügedən paylaşımı ilk olaraq sosial mediada başqa hesablar vasitəsilə gördüm. Daha sonra sosial media hesabımda paylaşdım. Sonra xarici mənbələrə baxdım. Yenə bu xəbərlə bağlı edilən razılaşma ilə bağlı detallar var idi. Təfərrüatları oxuduqdan sonra xəbərin həqiqətə uyğun olmadığını və ölkənin milli maraqlarına uyğun olduğunu düşündüyüm üçün xəbəri paylaşdıqdan sonra bir saat ərzində sildim. Xəbəri sildikdən sonra dezinformasiya bölməsinin bu xəbərlə bağlı açıqlama verməsini 2 saata yaxın gözlədim”, – deyə jurnalist bildirib.“Yeni Sabah”

Chosen
581
4
konkret.az

10Sources