Azərbaycan Premyer Liqasında II tura start verilib.
Publika.az xəbər verir ki, turun ilk oyun günündə “Qarabağ” klubu “Azərsun Arena”da Gəncə təmsilçisi “Kəpəz”i qəbul edib.
Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Riçard Almeyda (48), Abdullah Zubir (72) və Olavio Juninyo (84) rəqib qapısından keçirib.