EN

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"ə böyük hesabla qalib gəldi

Azərbaycan Premyer Liqasında II tura start verilib.

Demokrat.az xəbər verir ki, turun ilk oyun günündə "Qarabağ" klubu "Azərsun Arena"da Gəncə təmsilçisi "Kəpəz"i qəbul edib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Riçard Almeyda (48), Abdullah Zubir (72) və Olavio Juninyo (84) rəqib qapısından keçirib.

"Kəpəz"in futbolçusu Elmir Tağıyev 78-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.

Chosen
16
13
demokrat.az

10Sources