EN

Qarabağ şəhidinin oğlu Dünya Robot Olimpiadasında 2-ci yeri TUTDU – FOTO/VİDEO  

Panamada Dünya Robot Olimpiadasında 2-ci yeri tutan Azərbaycanın "Village Boys" komandasının 3 üzvündən biri şəhid övladıdır. 

Bu barədə Bizim.Media-ya şəhid Abakar Hacıyevin qayınanası Fatimat Bullayeva məlumat verib. 

Belə ki, Zaqatala şəhərindəki akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Hacı Hacıyev Vətən Müharibəsi şəhidi Abakar Hacıyevin böyük övladıdır və bu mötəbər beynəlxalq yarışmada ölkəmizi layiqincə təmsil edib. 
Azərbaycanın Zəfər gününü qeyd etdiyi bu günlərdə komandanın bu qələbəsi Hacıyevlər ailəsində böyük sevincə səbəb olub. 
 



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Chosen
278
18
bizim.media

10Sources