EN

Səbail - Neftçi matçında qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqasının II turunda daha bir görüş keçirilib.

AZXEBER.COM \"Report”a istinadən xəbər verir ki, \"Neftçi klubu \"ASCO Arena”da \"Səbail”in qonağı olub.

Qarşılaşmada 2 qol vurulsa da qalib müəyyənləşməyib. \"Neftçi” komandasından 24-cü dəqiqədə Yuri Matias rəqib qapısına yol tapıb. \"Səbail”in heyətində isə Dmitro Litvin (48) fərqlənib.

Bu gün baş tutan digər görüşdə \"Araz-Naxçıvan” klubu \"Şamaxı”nı 1:0 hesabı ilə məğlub edib. II turun ötən gün keçirilən \"Qarabağ” - \"Kəpəz” matçında isə meydan sahibləri 3:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, II tura avqustun 11-də yekun vurulacaq.
Chosen
138
15
azxeber.com

10Sources