Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII tura start verilib.Gununsesi.info xəbər verir ki, açılış matçında “Araz-Naxçıvan” və “Kəpəz” üz-üzə gəliblər.“Dalğa Arena”da baş tutan qarşılaşma Gəncə təmsilçisinin 1:0 hesablı qələbəsiylə yekunlaşıb. “Kəpəz”in heyətində 75-ci dəqiqədə Adama Niane fərqlənib.Naxçıvan təmsilçisi 20 xalla 4-cü pillədə qalıb. Xallarının sayını 9-a çatdıran Gəncə klubu isə sonuncu – 10-cu yeri tərk edərək 9-cu pilləyə yüksəlib.Qeyd edək ki, ,XIII turun digər görüşləri noyabrın 11-12-də keçiriləcək.Gununsesi.info