EN

Samir Abasov: "Bu da bir təcrübədir"

Sumqayıt" Azərbaycan Premyer Liqasının 2-ci turunda səfərdə "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnmalistlərin suallarını cavablandırıb:
- İkinci hissədə qol vurmaq üçün çox əziyyət çəkdik. Əfsuslar olsun ki, oyun alınmadı. Buradan xalsız dönürük. Bəzi futbolçular yaxşı oyun keçirdilər. Oyunda yaxşı dinamika var idi. Futbolçuların basqıya reaksiya verməsi məni qane etdi. Onlara təşəkkür edirəm. Nəticəyə görə çox üzülürlər. Birinci hissədə bir-iki nəfərin zənciri qırması rəqibin üstünlüyünə çevrilirdi. Belə şeylər də olacaq. Bu da bir təcrübədir. İkinci hissədə oyun tam nəzarətimiz altında keçdi. Çempionat yeni başlayıb. Ümid edirik ki, hər şey yaxşı olacaq.

Chosen
35
3
sport24.az

10Sources