APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın saat 05:40-da rayonun Şəki kəndində, kənd sakini Vasif Nəzir oğlu Əhmədova məxsus, ümumi sahəsi 135 kv/m olan kürsülü birmərtəbəli 3 otaq və aynəbənddən ibarət fərdi yaşayış evində baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Şəki və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində evin 90 kv/m-lik sahəsinin yanar konstruksiyaları və ev əşyaları yanıb. Evin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.
10Sources
-
demokrat.azŞəkidə fərdi yaşayış evi yandı ( 971639)
-
unikal.azBakıda avtomobil YANDI ( 830872)
-
unikal.azBakıda yaşayış binasında YANĞIN ( 826267)
-
unikal.azGəncədə beşmərtəbəli yataqxana YANDI ( 820932)
-
unikal.azBalakəndə “Nissan” yandı ( 803396)
-
unikal.azBərdədə ev yandı ( 756303)
-
unikal.azBakıda maşın yandı ( 720496)
-
unikal.azŞəkidə yaşayış evi YANDI ( 709832)
-
unikal.azŞəmkirdə ağır texnika daş karxanasında yandı - VİDEO ( 695953)
-
unikal.azBakıda ev yandı, xəsarət alan var ( 647212)