EN

Azərbaycan təmsilçiləri paralimpiadaya Fransanın Ajan şəhərində hazırlaşırlar

Azərbaycanın paraatletika, paraüzgüçülük, paraatıcılıq və parakamandan oxatma üzrə milli komandaları Fransanın Ajan şəhərində təlim-məşq toplanışına start veriblər.

Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən KONKRET.az-a verilən məlumata görə, avqustun 21-dək davam edəcək toplanış Paris-2024 Paralimpiya Oyunlarına hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, paralimpiada avqustun 28-dən sentyabrın 8-dək təşkil olunacaq.

Chosen
17
9
konkret.az

10Sources