İngiltərənin \"Mançester Yunayted\" klubunun futbolçusu Aaron Van-Bissaka digər Premyer Liqa komandası \"Vest Hem\"ə transfer olunacaq.
London klubu 26 yaşlı ingiltərəli müdafiəçi üçün 15 milyon funt-sterlinq ödəyəcək.
Futbolçu bu gün tibbi müayinədən keçəcək və yeni komandasına qoşulacaq.
Qeyd edək ki, 2019-cu ildən \"Mançester Yunayted”in formasını geyinən Van-Bissaka 2023/2024 mövsümündə meydana çıxdığı 30 matçda 3 məhsuldar ötürmə ilə yadda qalıb. \"Transfermarkt\" portalı futbolçunun dəyərini 20 milyon avro qiymətləndirir.
///report