Bakı. Trend:
Millətlər Liqasının Azərbaycan – İsveç oyununun biletləri satışaçıxarılıb.
Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu AFFA-nın mətbuat xidmətiaçıqlayıb.
Biletlərin qiymətləri 3, 5 və 10 manat təşkil edir. TamaşaçılarVİP yerlər üçün isə 20 və 30 manat ödəməlidirlər.
Biletləri iTicket.az satış məntəqələri, “Gənclik Mall”, “28 Mall”,Köşk No1 (Sahil m. M.Rəsulzadə 3), Köşk No2 (Bülbül prospekti,Nizami küç.), 1, 2, 3, 4 Saylı ASAN xidmət mərkəzi, həmçinin 1Saylı Sumqayıt Regional ASAN xidmət mərkəzində satılır.
Qeyd edək ki, qrup mərhələsinin I turu çərçivəsində sentyabrın5-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçsaat 20:00-da başlayacaq.