Mühasirəyə alınmış Qəzza zolağında zülmə səssiz qalanlar da zalımlar qədər qan tökülməsinə ortaqdırlar. Gununsesi.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ər-Riyadda keçirilən 8-ci Fövqəladə İslam Sammitində çıxışı zamanı deyib.Türkiyə lideri hər zaman insan hüquq və azadlıqlarından danışan Qərb ölkələrinin Fələstində davam edən qırğına susmalarından təəssüfləndiyini bildirib.“Biz xəstəxanaların, məktəblərin və qaçqın düşərgələrinin bombalanması və dinc əhalinin öldürülməsi ilə tarixdə görünməmiş bir vəhşiliklə qarşılaşırıq. Zülmə qarşı susanlar da zalımlar kimi qana şərikdirlər”, – deyə Ərdoğan vurğulayıb.Eyni zamanda Türkiyə lideri İsrailin bombardmanları fonunda Fələstin anklavındakı ağır humanitar vəziyyətə diqqət çəkib.“Yanacağın təcili ehtiyac duyulan yerlərə, xüsusilə də xəstəxanalara (Qəzza zolağında) çatdırılması həyati əhəmiyyət kəsb edir”, – deyə Ərdoğan bildirib.Bundan əlavə, Türkiyə lideri bildirib ki, İslam Əməkdaşlıq Təşkilatının himayəsi altında Qəzzanın yenidən qurulması üçün fond yaratmaq lazımdır.Ərdoğanın sözlərinə görə, nə qədər ki, Fələstin məsələsi diqqətdən kənarda qalıb, regionda vəziyyətin normallaşdırılması cəhdləri uğursuzluğa məhkumdur.Ərdoğan qeyd edib ki, Türkiyə bərqərar olacaq sülhün qorunması üçün İsrail-Fələstin nizamlanması məsələsində, o cümlədən qarant kimi lazımi səyləri göstərməyə hazırdır.Bundan əlavə, Ərdoğan Türkiyənin Qüdslə bağlı mövqeyini açıqlayıb.“Qüds bizim qırmızı xəttimizdir. Sülh şəhəri kimi tanınan Qüdsün və bütün Fələstin torpaqlarının əvvəlki günlərinə qayıtmasını arzulayırıq”, – Türkiyə lideri bildirib.Onun sözlərinə görə, özünü Qərbin ərköyün uşağı kimi aparan İsrail Administrasiyası vurduğu zərəri ödəməyə borcludur.Mövcudluğu İsrail nazirləri tərəfindən tanınan nüvə silahları mövzusunu da araşdırmaq, həmçinin bu istiqamətdə beynəlxalq nəzarətdən qaçanları müəyyən etmək lazımdır”, – o əlavə edib.Gununsesi.info