Xəbər verdiyimiz kimi, Biləsuvar rayonunda 8 yaşlı məktəbli kələm turşusundan zəhərlənərək ölüb.
Pravda.az xəbər verir ki, dünyasını dəyişən 2015-ci il təvəllüdlü Tellixanım Məmmədli Təzəkənd kənd orta məktəbinin fəal şagirdlərindən olub. Məktəbin tədbirlərində yaxından iştirak edən Tellixanım əlaçı imiş.
Qeyd edək ki, 8 yaşlı qız dünən ağır vəziyyətdə zəhərlənmə diaqnozu ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb./Qafqazinfo
Fotoları təqdim edirik
Tarix: 11 Noyabr 2023, 18:28
