Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Hatayspor” klubunun heyətində növbəti oyununa çıxıb.Gununsesi.info xəbər verir ki, Volkan Demirelin baş məşqçisi olduğu kollektiv Superliqanın XII turunda “Qalatasaray”ı qəbul edib.Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib. Qolları 14-cü dəqiqədə Riqoberto Rivas və 55-ci dəqiqədə Didye Lamkel vurub. İstanbul təmsilçisində 28-ci dəqiqədə Vilfred Zaha fərqlənib.Görüşə start heyətdə başlayan Dadaşov 88-ci dəqiqədə əvəzlənib.“Hatayspor” 17 xalla 9-cudur, lider “Qalatasaray”ın 31 xalı var.Gununsesi.info