EN

Gimnastımız dünya çempionatında qızıl medal qazandı

Azərbaycan milli komandasının üzvü Mixail Malkin Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb.

Publika.az xəbər verir ki, idmançı Azərbaycan gimnastikası tarixində ilk dəfə tamblinq üzrə birinci yeri tutub.

Qeyd edək ki, daha əvvəl Mixail Malkin, Tofiq Əliyev, Adil Hacızadə və Elnur Məmmədovdan ibarət Azərbaycan yığması eyni növdə dünya çempionu olub.

Chosen
536
31
publika.az

10Sources