EN

Çempionlar Liqası: “Qarabağ”ın start heyəti

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələcək “Ludaqorets” və “Qarabağ” komandalarının start heyətləri açıqlanıb.

Trend Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:

“Qarabağ”: Fabiyan Buntiç, Julio Romao, Yassin Benzia, Marko Yankoviç, Abdullah Zubir, Bəhlul Mustafazadə, Leandro Andrade, Olavio Juninyo, Elvin Cəfərquliyev, Marko Veşoviç, Kevin Medina.

Baş məşqçi: Qurban Qurbanov.

“Ludoqorets”: Hendrik Bonmann, Oliviyer Verdon, Dinis Almeyda, Son, Anton Nedyalkov, Laros Duarte, Jakub Petrovski, Pedro Naressi, Riçk, Ruan Seko, Kvadvo Dua.

Chosen
46
9
aznews.az

10Sources