Kənan MM-dən Mədəniyyət Nazirliyinə etiraz
Kənan MM kimi tanınan aktyor Kənan Mahmudov Mədəniyyət Nazirliyindən narazıdır.
Aktyor bu barədə narazılığını sosial şəbəkədə yazıb:
"Həyatımın ən böyük yanlış qərarı Türkiyənin "Savaşçı" filmindən ayrılmağım oldu.
Azərbaycanın serial və filmləri üçün Mədəniyyət Nazirliyinə güvəndim.
Eybi yox, necə deyərlər, hər gözəlin bir eybi olar".