EN

Tbilisidə üzərlərində İŞİD bayrağı və partlaycı qurğular olan əcnəbilər saxlanılıb

Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi miqrantların qeyri-qanuni daşınması işi üzrə aparılan istintaq zamanı iki əcnəbi vətəndaşın saxlanıldığını açıqlayıb.

“İki sahil” xəbər verir ki, yerli mətbuata istinadən xəbər verir ki, xüsusi əməliyyat Tbilisinin iki məntəqəsində eyni vaxtda keçirilib. Axtarış zamanı partlayıcı maddələr, əldəqayırma partlayıcı qurğular, elektron məlumat ötürmə vasitələri, tüfənglər, saxta xarici pasportlar, üzərində “İslam Dövləti” terror təşkilatının simvolları olan bayraq götürülüb.

İstintaqın hazırkı mərhələsində saxlanılanların milliyyəti barədə məlumat verilmir.

Chosen
232
9
ikisahil.az

10Sources