İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Cebaliya qaçqın düşərgəsi ərazisində döyüşləri müvəqqəti dayandırıb.
Bu barədə TASS ordunun mətbuat katibi Avixay Edriyə istinadən məlumat yayıb.
“Yerli vaxtla saat 10:00-dan 14:00-a qədər ərzaqların çatdırılması və əhalinin təxliyəsi üçün Cəbəliyə bölgəsində humanitar məqsədlərlə hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılacaq”, - Edri qeyd edib.
Bundan əlavə, onun sözlərinə görə, fələstinlilərin Qəzzanın şimalından cənubuna təxliyəsi üçün səhər saat 09:00-dan 16:00-a qədər humanitar dəhliz fəaliyyət göstərəcək.
Xatırladaq ki, İsrail ərazisinə raket hücumları oktyabrın 7-də səhər tezdən Qəzza zolağından başlayıb. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu bildirib. Əməliyyat “Dəmir qılınclar” adlanır. (report)
10Sources
-
buta.wsİsrail Qəzzanın qərbini nəzarətə götürdü ( 1090135)
-
buta.mediaİsrail Qəzzada müvəqqəti atəşkəs elan edib ( 981436)
-
nuhcixan.azİsrail Qəzzada müvəqqəti atəşkəs elan edib ( 981407)
-
azvision.azİsrail müvəqqəti atəşkəs elan edib ( 981074)
-
demokrat.azİsrail Qəzzada müvəqqəti atəşkəs elan edib ( 980704)
-
senzor.azİsrail Qəzzada müvəqqəti atəşkəs elan edib ( 980641)
-
gununsesi.infoİsrail Qəzzada müvəqqəti atəşkəs elan edib ( 980604)
-
olke.azİsrail Qəzzada müvəqqəti atəşkəs elan edib ( 980552)
-
anews.azİsrail Qəzzada müvəqqəti atəşkəs elan edib ( 980554)
-
musavat.comİsrail ordusu Qəzzada HƏMAS-ın daha üç komandirini zərərsizləşdirib ( 820253)