EN

Xəzərdə iki balıqçı itkin düşüb - VİDEO

Axtarışa FHN-in helikopteri cəlb olunub 
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Xəzər dənizində Səbail rayonu, Bibiheybət qəsəbəsi istiqamətində 2 nəfər balıqçının itkin düşməsi barədə məlumat daxil olub.
FHN-dən AYNA-ya verilən məlumata görə, məlumatla əlaqədar FHN-in Aviasiya dəstəsinin helikopteri Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri ilə birgə axtarış işlərinə cəlb olunub.
Hazırda vətəndaşlar - 1954-cü il təvəllüdlü Cəfərov Vidadi Əli oğlu və 1977-cü il təvəllüdlü Həsənov Elvin Nəcəfqulu oğlunun axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Chosen
373
49
ayna.az

10Sources