Azərbaycanın Konfrans Liqasındakı daha bir təmsilçisi bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.
Apasport.az xəbər verir ki, "Zirə" Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzədir.
Rəşad Sadıqovun yetirmələri səfərdə əldə etdikləri bərabərliyi (1:1) Mərdəkanda öz leyhlərinə pozmağa çalışır.
Matçın 37-ci dəqiqəsində "Zirə"nin qapısı qarşısında yaranan qarışıqlıqdan istifadə edən qonaqların futbolçusu Vedran Yuqoviç ilk topu komandamızın qapısından keçirib.
Matçın 53-cü dəqiqəsində təmsilçimiz penalti vurmaq imkanı əldə edib. Topun arxasına keçən kapitan Qismət Alıyev hesaba tarazlıq gətirməyi bacarıb.
81-ci dəqiqədə qonaqlar yenidən hesabda önə keçib. "Osiyek"in heyətində Anton Matkoviç fərqlənib.
Son ana qədər mübarizə aparan "Zirə" bərabərlik qolunu 90-cı dəqiqədə tapıb. Davit Volkov aktobatik zərbə ilə topu tora qovuşdurub - 2:2.
Ümumi hesabda bərabərlik olduğu üçün matçda əlavə hissələr oynanıb. Burda da qalib müəyyənləşməyib. Beləcə, komandalar lotoreyaya - penaltilər seriyasına keçid alıb.
UEFA Konfrans Liqası
III təsnifat mərhələsi, cavab görüşləri
15 avqust
20.30. "Zirə" - "Osiyek" (Xorvatiya) 2:2
Qol: Q. Alıyev, 55, D. Volkov, 90 - V. Yuqoviç, 37, A. Matkoviç, 81
"Zirə": Tiaqo Silva, Qismət Alıyev, Ange Muntinsi, Ruan Renato, İssa Cibrilla, Pyer Zebli, İsmayıl İbrahimli, Junior Martines, Rafael Utzoq, Davit Volkov, Eldar Quliyev.
"Osiyek": Nikola Kavlina, Roko Yurisiç, Marko Soldo, Luka Yeleniç, Nail Omeroviç, Vedran Yuqoviç, Darko Neyasmiç, Petar Pusiç, Domaqoy Bukviç, Kemal Ademi, Anton Matkoviç.
Baş hakim: Xulian Veynberqer (Avstriya).
Mərdəkan, "Dalğa Arena".
“Neftçi” – “Sabah” oyununa giriş biletsiz olacaq
"Qarabağ" top klublar arasında 59-cu pillədədir
Əliyar Ağayev Avropa Liqası oyununa təyinat alıb
"Sabah" - “Sent Patriks Atletik” matçına 5500 bilet satılıb
AFFA "Neftçi"ni 6000 manat cərimələdi