EN

Voleybol millimiz Avstraliyaya yollanıb

Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparan kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avstriyaya yola düşüb.

Azərbaycan Voleybol Federasiyasından Bakıvaxtı.az-a verilən məlumata görə, baş məşqçi Fərid Cəlalov yığmaya 14 oyunçu cəlb edib.

Milli komandanın heyəti:

Hücumçular: Vüqar Bayramov, Andrey Melnikov, Cavid Əzimov, Yusif Bünyatov, Aslan Həmidov, Ruslan Əliyev

Blokçular: Elmin Alışanov, Mərdan Məmmədov, Ramazan Ağabəyov

Toppaylayıcılar: Roman Qurskiy, Əmirmehdi Ablou, Vüsal Rüstəmov

Liberolar: Kənan Allahverdiyev, Nihad Qasımov

Baş məşqçi: Fərid Cəlalov

Köməkçi məşqçilər: Akif Vəliyev, Ülvi Rəcəbli

Qeyd edək ki, B qrupunda yer alan Azərbaycan komandası ilk matçını avqustun 17-də Avstriya yığmasına qarşı keçirəcək. Təsnifat mərhələsindəki növbəti oyun isə avqustun 24-də Bakıda Belçika seçməsinə qarşı olacaq.

Chosen
4
2
bakivaxti.az

3Sources