EN

Azərbaycanda onlayn dələduzluq: İnsanlar on minlərlə manat İTİRDİ

Bakı.Trend:

Bir neçə gündür ki, Azərbaycanda “Pazfarm” adlı şəbəkəninyüzlərlə insanın xeyli miqdarda vəsaitini ələ keçirməsi barədəməlumatlar yayılır. İnsanlara virtual formada taxıl, kartof,qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazanma təklifedən şəbəkənin toplanan pulları ələ keçirərək fəaliyyətinidayandırdığı bildirilir.

Bunun nəticəsində də bəzi şəxslərin bu şəbəkəyə külli miqdardayatırtması barədə məlumatlar var. Vətəndaşlarımız zaman-zaman beləşəbəkə fırıldaqçılığı ilə üzləşirlər.

Bəs belə maliyyə piramidalarının iqtisadi əsas və bundan qorunmayolları varmı?

Məsələ ilə bağlı Trend-əaçıqlamasında kiber təhlükəsizlik üzrə üzrə mütəxəssis RəşadZeyvəliyev bildirib ki, Azərbaycanda internet məkanında rastımızatez-tez çıxan onlayn dələduzluq növlərindən biri də piramidaplatformalarıdır.

"Bu platformaların məqsədi insanları tora salaraq pulvəsaitlərini mənimsəməkdir. Bu tip platformaların təsisçiləriadətən xarici ölkələrdə olduqlarından onları müəyyən edibməsuliyyətə cəlb etmək olmur. Piramidaların hamısının iş prinsipieynidir. Bəzi vətəndaşlar piramidalara qoşularaq yüksək məbləğlərdədepozit edirlər. Bu depozitlərin qarşılığında piramida sahibləridepozitdən gələn gəliri sahibinə ödəməkdən boyun qaçırır. Bütünpiramidalar qısa müddət ərzində fəaliyyət göstərir.

Təzəlikcə bağlanmış piramidanın domen qeydiyyatı may ayına aididisə artıq fəaliyyətini dayandırdı. Nəticədə yüzlərlə şəxsindepozitlərini mənimsədilər. Onlar vəsaitləri kriptovalyutalar iləaldıqları üçün batan pulların geri qayıtması da mümkünsüzdür.

Vətəndaşlarımız bu tip saytlara, qazanc yerlərinə etimadetməməlidirlər", - deyə iqtisadçı əlavə edib..

İqtisadçı ekspert Fuad İbrahimli isə qeyd edir ki, beləpiramidalar vətəndaşlara şirnikləndirmək üçün dolayı yolla mənfəətqazandırırlar.

"Vətəndaş real vəsaiti gördükdə düşünür ki, bunu niyə realvəsaitlə etməyim. Axırda da belə dələduzluqla üzləşərək özvəsaitlərini itirirlər.

Vətəndaşlar heç bir halda ölkəmizdə xüsusi lisenziya iləfəaliyyət göstərməyən şirkətlə iş görməsin. Çünki baş verə biləcəkdələduzluqda müraciət edəcək bir yerləri olmur. Belə şirkətlərinçoxu xaricdən idarə olunur. Pulları mənimsəniləndə izlərinə düşməkolmur. Və onları məsuliyyətə cəlb etmək çətin olur. Sonucda beləpiramidalarda heç kim gəlir əldə edə bilməyib. Bunu vətəndaşlarbilməlidir. Burda qazanan yalnız platformanı təqdim edən şirkətolur.

Ümumiyyətlə, bu məsələlərə və belə platformaların ölkəmizə daxilolmasını məsul qurumlar bloklamalıdır", - deyə iqtisadçı qeydedib.

Məqalədə:
Chosen
539
18
az.trend.az

10Sources