İzmirin Karşıyaka rayonunda, Yamanlar dağında davam edən yanğın küləyin təsiri ilə böyüyüb və yaşayış məntəqələrinə yaxınlaşıb.
"Operativ Məlumat Mərkəzi-OMM" türk KİV-lərinə istinadənxəbər verir ki, təbii fəlakətlə əlaqədar Doğançay və Sancaklı məhəllələri təxliyə edilib.
MÉ™lumata görÉ™, bir neçə ev yanğından zÉ™rÉ™r görüb.Â
Qeyd edək ki, meşə yanğınları Türkiyənin digər ərazilərini də cənginə alıb. Bolu şəhərində dünən günorta saatlarında başlayan və küləyin təsiri ilə təxminən 100 hektar əraziyə yayılan meşə yanğını 21 saatdır, davam edir. Boludakı yanğının tüstüsü Eskişehir səmasını bürüyüb.
Manisada isə meşə yanğını üçüncü gündür ki, davam edir.