EN

Baş məşqçi onu "Qarabağ"la oyuna hazırlayır

Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Marko Pyatsa zədələnib.

 

Sportnet.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Yakiroviç "Şibenik"ə 3:0 hesabı ilə qalib gəldikləri çempionatın III tur matçından sonra mətbuat konfransında məlumat verib.

 

"Cümə axşamı dabanından xəsarət aldı. Ağrıları var idi. "Qarabağ"la qarşılaşmaya hazır olması üçün risk etmədik", - deyə mütəxəssis vurğulayıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində bu komandaya qarşı ilk matçını avqustun 20-də səfərdə, cavab oyununu isə 28-də Bakıda keçirəcək.


Chosen
7
1
sportnet.az

2Sources