EN

İlham Əliyev DSX-nın hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verib

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsinin verilməsi haqqında Sərəncam imzalayıb.

Hafta.az xəbər verir ki, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına “general-mayor” ali hərbi rütbəsi verilsin:

polkovnik Bəhmən Rza oğlu Babayevə

polkovnik Əyyub Vəli oğlu Məmmədova

polkovnik Nəsib Tahir oğlu Mirzəyevə".

Chosen
124
49
hafta.az

10Sources