EN

Ramazanov xəstəxanadan evə buraxılacaq

“Səbail”in futbolçusu Ağabala Ramazanov bu həftə xəstəxanadan evə buraxılacaq.

Bu barədə Publika.az-a paytaxt klubunun Media və Marketinq şöbəsinin rəhbəri Rəşad Məmmədov məlumat verib.

Klub rəsmisinin sözlərinə görə, Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”la keçirilən oyunda huşunu itirən kapitanın vəziyyəti artıq yaxşıdır: “Ağabala Ramazanov özünü çox yaxşı hiss edir. Artıq neçə gündür palataya köçürülüb. Çox güman ki, 2-3 gündən sonra evə buraxılacaq. Həkimlər evdə də onun üçün müalicə kursu tətbiq edəcəklər”.

O bildirib ki, hücumçunun məşqlərə başlayacağı tarix xəstəxananı tərk etdikdən sonra qoyulacaq diaqnozdan asılı olacaq.

Chosen
396
8
publika.az

10Sources